Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 06 Feb 2024 01:10
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
APA xəbər verir ki, hadisə Baxçaşəhər adlanan ərazidə baş verib.
“Mercedes Atego” markalı yük avtomobili yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Rafael Hümbət oğlu Həsənovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakt araşdırılır.
Mənbə: apa.az