Masazırda kişi dəm qazından boğularaq ölüb

Tarix: 06 Feb 2024 07:22

Abşeron rayonu Masazır qəsəbəsində 40 yaşlı kişi dəm qazından boğulub.

APA xəbər verir ki, hadisə Xurşudbanu Natəvan küçəsi 6 ünvanında, fərdi yaşayış evində baş verib.

40 yaşlı kişi (ad soyad dəqiqləşdirilir) hamam otağında dəm qazından boğulub.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər Lenti