Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 06 Feb 2024 11:37
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
APA FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Qəbələ rayonunun Həmzəli kəndi ərazisində fiziki şəxs tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilinin sökülməsi təmin edilib.




Mənbə: apa.az