Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi açıqlanıb

Tarix: 16 Feb 2026 13:03

2025-ci ildə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 14261,4 min ton, avtomobil nəqliyyatı ilə 11046,1 min ton və dəniz nəqliyyatı ilə 7229,7 min ton yük daşınıb.

Düvlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16 909,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 173,2 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 289 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5 804,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 533,6 min ton təşkil edib.

“Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,2 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 93,3 faizini tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunub.

Emil İsmayılov Düvlət Statistika Komitəsi nəqliyyat dəhlizləri

Xəbər Lenti