Göygöldə "Shacman" markalı yük maşını aşıb, sürücü xəsarət alıb

Göygöldə "Shacman" markalı yük maşını aşıb, sürücü xəsarət alıb

Tarix: 24 Nov 2023 08:49

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tülallar kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "Shacman" markalı yük maşının sürücüsü idarəetməni itirib.

Nəticədə yük maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı 37 yaşlı sürücü Anar Vəliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti