Çərşənbə axşamı, 17 Ferval, 2026
Tarix: 17 Feb 2026 11:44
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Medianın dili elmi müzakirə müstəvisində" adlı konfrans keçiriləcək.
APA xəbər verir ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfransda kütləvi informasiya vasitələrində dil normalarına əməl edilməsi, mövcud problemlər və çıxış yolları müzakirə ediləcək.
Konfransın sabah 11:00-da keçirilməsi nəzərdə tutulur
Günay Elşən Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Mətbuat Şurası AMEA MŞ Dil Komissiyası