Çərşənbə axşamı, 17 Ferval, 2026
Tarix: 17 Feb 2026 12:10
Bu il Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür.
APA xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında deyilir.
“Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Biz Ramazanın ilahi önəmini nəzərə alaraq tövsiyə edirik ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın və bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevinc və bərəkətlərinə qovuşsun”, - fətvada bildirilib.
Qeyd edilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək.
Günay Elşən Qafqaz Müsəlmanları İdarəsi QMİ fətva Ramazan ayı Novruz bayramı