Azərbaycanın hakimlər briqadası Konfrans Liqasının matçını idarə edəcək

Tarix: 17 Feb 2026 13:36

Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, Azərbaycanlı FIFA referisi Konfrans Liqasında pley-off mərhələsinin matçını idarə edəcək.

Ağayev "KuPS Kuopio" - "Lex Poznan" matçına təyinat alıb.

Həmyerlimizə Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər.

Ehtiyat hakim FIFA referisi Elçin Məsiyev olacaq.

VAR hakimi İngiltərədən olan Stüart Atuelə Nicat İsmayıllı yardım edəcək.

Əliyar Ağayev Elçin Məsiyev FIFA referisi UEFA Konfrans Liqası təyinat

Xəbər Lenti