Bakıda avtobus piyadanı vurub

Tarix: 07 Feb 2024 00:32

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, qəza Zabrat şosesində qeydə alınıb.

1988-ci il təvəllüdlü Nəsirov Elsəvər Vəli oğlu yolu keçərkən onu 217 saylı sərnişin avtobusu vurub. Yaralı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Xəbər Lenti