Biləsuvarda yük avtomobili yanıb

Biləsuvarda yük avtomobili yanıb

Tarix: 24 Nov 2023 09:50

Biləsuvar rayonunda (Ələt-Astara avtomobil yolunun 70-ci kilometrliyi) "Ford" markalı yük avtomobilinin idarəetməni itirməsi nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və kabinəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti