Çərşənbə, 18 Ferval, 2026
Tarix: 18 Feb 2026 09:27
Kriptovalyuta bazarında əsas aktivlər üzrə son sutkada azalma qeydə alınıb.
"APA-Economics" CoinMarketCap platformasına istinadən xəbərə verir ki, bazarın ümumi kapitallaşması 0,66% azalaraq 2,34 trilyon dollara enib.
Bazarın ümumi dinamikasını əks etdirən CMC20 indeksi isə sutka ərzində 0,80% geriləyərək 140,21 bənd təşkil edib.
Ən böyük kriptovalyuta olan "Bitcoin"in qiyməti 1,02% azalaraq 67 748 dollar təşkil edib. "Ethereum"un qiyməti isə 0,45% artaraq 1 997 dollar səviyyəsində formalaşıb.
Digər əsas aktivlərdən BNB 1,47% azalaraq 616 dollar, Monero 0,95% azalaraq 333 dollar, Bittensor (TAO) isə 2,78% azalaraq 191 dollar olub.
Qızıl dəstəkli tokenlərdə də geriləmə müşahidə olunub. Belə ki, "PAX Gold"un qiyməti 0,44% azalaraq 4 935 dollar, Tether Gold isə 0,37% azalaraq 4 910 dollar təşkil edib.
Bazarda psixoloji vəziyyəti ölçən Fear & Greed indeksi 12 bənd səviyyəsində qalaraq investorlar arasında qorxu mühitinin gücləndiyini göstərib.
Analitiklər enişi qlobal bazarlarda risk iştahasının zəifləməsi və “ayı trendi”nin güclənməsi ilə əlaqələndirirlər.
Rahim Tarıverdiyev kriptovalyuta Bitcoin BTC kripto