Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq- XƏBƏRDARLIQ

Tarix: 18 Feb 2026 19:07

Hava şəraiti ilə bağlı xəbərdarlıq

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

APA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Məlumata əsasən, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.

İlkin Naib hava xəbərdarlıq

Xəbər Lenti