Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 18 Feb 2026 23:41
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri "Nyukasl" klubu ilə qarşılaşıb.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Matç saat 21:45-də start götürüb.
"Qarabağ" üçün yuxu kimi keçən ÇL mövsümü böyük ölçüdə başa çatıb. Ağdam təmsilçisi rəqibinə 1:6 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması fevralın 25-də baş tutacaq.
UEFA Çempionlar Liqası Pley-off “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə) 1:6 Qol: E. Qordon, 3, 32, 33, 45, M. Tşau, 8, E. Cəfərquliyev, 56, Y. Mörfi, 72 Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45 Baş hakim: Espen Eskas Baş hakimin köməkçiləri: Yan Erik Enqan, İsaak Elias Başevkin Dördüncü hakim: Siqurd Krinqstad (Hakimlər briqadası Norveçdəndir) VAR: Rob Dieperink (Niderland) AVAR: Dennis Hiqler (Niderland)
ApaSport