Metroda qatarların qrafik üzrə hərəkəti bərpa olunub - YENİLƏNİB

Tarix: 19 Feb 2026 10:00

Bakı metropolitenində bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, yaranan əlavə sərnişin sıxlığı aradan qaldırılıb.

***

08.49

Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

APA xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Belə ki, dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb.

Məhz buna görə də "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.

Fərid Yusifov

Əşrəf Mehdiyev

Xəbər Lenti