Metronun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yaranıb

Tarix: 19 Feb 2026 14:27

Bakı metropoliteninin “Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.

Bu barədə "APA-Economics"ə Metropolitendən məlumat verilib.

Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.

"Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub", - deyə qurumdan bildirilib.

Əşrəf Mehdiyev metro qatar nasazlıq

Xəbər Lenti