Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 14:52
Birinci Qarabağ müharibəsidə itkin düşən hərbçi Nail Fahil oğlu Dənziyevin nəşinin qalıqları Lerikdə ailəsinə təhvil verilib.
APA-nın cənub bürosu xəbər verir ki, 1992-ci ilin sentyabrında Sırxavənd istiqamətində gedən döyüşlərdə itkin düşən şəhid Nail Dənziyevlə vida mərasimi keçirilib.
Mərasimdə Lerik rayon ictimaiyyəti, şəhid ailələri və sakinlər iştirak edib.
Şəhidin qalıqları Mastail kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Nail Fahil oğlu Dənziyev 1974-cü ildə Lerik rayonunun Mastail kəndində anadan olub.
İlkin Rzayev Lerik Birinci Qarabağ müharibəsi dəfn şəhid itkin şəhid




