Beyləqanda 4 otaqlı evdə yanğın olub

Beyləqanda 4 otaqlı evdə yanğın olub

Tarix: 24 Nov 2023 12:01

Beyləqanda 4 otaqlı evdə yanğın baş verib.

FHN-dən APA-ya verilən xəbərə görə, 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və dam örtüyü sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti