1992-ci ildə itkin düşmüş hərbçi Mehriban Qarayevanın nəşinin qalıqları Sumqayıtda dəfn edilib - FOTO

Tarix: 20 Feb 2026 11:12

Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Mehriban Arif qızı Qarayevanın nəşinin qalıqları Sumqayıt şəhərində ailəsinə təhvil verilib.

APA xəbər verir ki, şəhidlə vida mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər sakinləri, şəhid ailələri, qazilər və şəhidin ailə üzvləri iştirak edib.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşinin qalıqları Sumqayıt şəhəri, Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Qarayeva Mehriban Arif qızı 1970-ci ildə Sumqayıt şəhərində anadan olub.

1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində itkin düşüb.

Günay Elşən İtkin şəhid hərbçi Sumqayıt Şəhidlər xiyabanı

Xəbər Lenti