İRİA-nın “mygov”la bağlı təqdim etdiyi yeni videoçarx izlənmə rekordu qırdı - VİDEO

Tarix: 20 Feb 2026 15:27

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunan “mygov” platformasının yeni videoçarxı sosial şəbəkələrdə qısa müddətdə böyük maraqla qarşılanıb.

“APA-Economics” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, videoçarx cəmi üç gün ərzində 4 milyondan çox baxış toplayaraq izlənmə rekordu qırıb.

Yeni çarxın əsas mesajı “mygov ilə sənədlərim hər zaman üstümdə”dir. Videoçarxda vətəndaşların gündəlik həyatında qarşılaşdıqları müxtəlif situasiyalar fonunda rəqəmsal sənədlərin üstünlükləri nümayiş olunur. Bildirilir ki, artıq sənədləri fiziki formada daşımağa, kağız toplusuna və ya uzun növbələrdə gözləməyə ehtiyac yoxdur. Əsas dövlət sənədləri və xidmətləri bir neçə kliklə əlçatandır. Çarx vasitəsilə “mygov” platformasının təqdim etdiyi imkanlar, sənədlərə operativ çıxış, təhlükəsiz saxlanma və sürətli təqdimetmə ön plana çəkilir. Rəqəmsal həllər sayəsində vətəndaşlar vaxt itkisinin qarşısını alır, proseslər isə daha çevik və rahat şəkildə həyata keçirilir.

APA-Economics İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “mygov” videoçarx

Xəbər Lenti