Şənbə, 21 Ferval, 2026
Tarix: 21 Feb 2026 12:33
Sabah Azərbaycanda hava necə olacaq?
Fevralın 22-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
Gülcahan İmanqızı hava proqnoz külək