Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 24 Nov 2023 14:20
Bu gün saat 13:20 radələrində ADY-yə məxsus teplovoz Sitalçay–Tağıyev çeşidləmə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 90-MR-785 olan “Mercedes” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib.
“Azərbaycan Dəmr Yolları” QSC-dən “Qafqazinfo”ya bildirilib ki, toqquşma nəticəsində xəsarət alan olmayıb.
Bununla belə, ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublik”ası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırıb:
“Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 manat məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar”.

Mənbə: qafqazinfo.az