"Qarabağ" bu gün İngiltərədə "Nyukasl"la qarşılaşacaq

Tarix: 24 Feb 2026 10:24

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində cavab oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İngiltərədə "Nyukasl"la üz-üzə gələcək.

Oyuna saat 00:00-da start veriləcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk görüşdə "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunu 00:00. “Nyukasl” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) “Sent Ceyms Park” stadionu Baş hakim: Davide Massa Baş hakimin köməkçiləri: Filippo Meli, Stefano Alassio Dördüncü hakim: Luka Pairetto VAR: Daniele Kiffi (İtaliya) AVAR: Kristian Dingert (Almaniya)

"Qarabağ" UEFA Çempionlar Liqası Qurban Qurbanov "Nyukasl"

Xəbər Lenti