Məşhur amerikalı aktyor Robert Karradayn evində ölü tapılıb

Tarix: 24 Feb 2026 11:47

“Nerdlərin qisası” və “Lizzi Makquayr” kimi ekran işləri ilə tanınan Robert Karradayn yaşında intihar edib.

APA xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

Məlumata görə, 71 yaşlı aktyor 20 il psixi pozğunluqla mübarizə aparırmış.

Qeyd edək ki, Karradayn kino karyerasına uşaq aktyor kimi başlayıb və 1972-ci ildə Con Uayne ilə birlikdə “Kovboylar” filmində debüt edib. Daha sonra “Evə gəlmək” və Martin Scorsesenin “Ara küçələr” filmlərində rol alıb, lakin ona əsas şöhrəti “Nerdlərin qisası” qazandırıb.

İlkin Naib Robert Carradine vəfat

Xəbər Lenti