Avstraliyanın Baş naziri təhlükəsizlik səbəbi ilə iqamətgahından təxliyə edilib

Tarix: 24 Feb 2026 14:44

Avstraliyanın Baş naziri Entoni Albanese təhlükəsizlik səbəbi ilə Kanberradakı rəsmi iqamətgahından təxliyə edilib.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Avstraliya Federal Polisi Albaneseyə qarşı təhdid alındıqdan sonra Baş naziri təhlükəsiz yerə köçürüb.

Polisin açıqlamasına görə, ətraflı yoxlanış aparılıb və şübhəli heç nə tapılmayıb.

İlqar Xudiyev Avstraliyanın Baş naziri Entoni Albanese

Xəbər Lenti