Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 09:03
Son 24 saat ərzində kriptovalyuta bazarında əsas aktivlərin qiyməti artıb.
“APA-Economics” xəbər verir ki, “Bitcoin”in qiyməti son sutkada 3,40% artaraq 65 480 ABŞ dollarına yüksəlib. “Ethereum”un qiyməti 4,31% artaraq 1 908 ABŞ dolları, BNB-nin qiyməti isə 0,65% artaraq 595,67 ABŞ dolları olub.
Digər əsas kriptovalyutalarda da artım qeydə alınıb. Bitcoin Cash 2,97% artaraq 500,65 ABŞ dollarına, Monero 7,35% artaraq 330,10 ABŞ dollarına, Zcash isə 2,47% artaraq 239,41 ABŞ dollarına yüksəlib. CoinMarketCap-ın geniş bazarı əhatə edən CMC20 indeksi də sutka ərzində 3,59% artaraq 134,60 bəndə çatıb.
Bazar iştirakçıları artımı əsasən əvvəlki günlərdə baş verən kəskin enişdən sonra texniki bərpa, investorların aşağı qiymətlərdən alışları və ümumi risk iştahının qismən bərpası ilə əlaqələndirir.
Rahim Tarıverdiyev Kriptovalyuta btc Bitcoin