Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 11:41
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə genişzolaqlı internet sürətinin artırılması ilə bağlı təklif verib.
“APA-Economics” xəbər verir ki, bunu “A-dan Z-yə internet: Media üçün praktik təlim”də İKTA-nın idarə heyətinin sədri Nail Mərdanov deyib.
O qeyd edib ki, bu normativ sənəd təsdiqlənmə mərhələsindədir: “Provayderlərin xidmət keyfiyyətləri göstəricilərinin sərtləşdirilməsi haqqında da düşünürük. Amma minimum intennet sürətinə müəyyən hədd qoyulandan sonra bütün provayderlər məcbur olacaqlar ki, bu xidməti təmin etsinlər”.
Əşrəf Mehdiyev İnternetin sürəti .İKTA