Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 12:31
Sabah Azərbaycanda hava necə olacaq?
Fevralın 26-da gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
Gülcahan İmanqızı hava proqnoz külək yağış