Nazir Ermənistan liderinin WUF13-ə dəvət edilib-edilməyəcəyinə münasibət bildirib

Tarix: 26 Feb 2026 09:40

WUF13-ə hansı ölkələrə dəvət nəzərdə tutulursa, o ölkələr də dəvət ediləcək.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, tədbir çərçivəsində Liderlər sammiti də təşkil olunacaq: “Təbii ki, bütün dünya liderlərinə dəvət getmir. Buraya əsasən Azərbaycanla əməkdaşlığı olan, öz ölkələrində layihələr həyata keçirən, dəstəyə ehtiyacı olan dövlətlərin liderləri dəvət olunur. Ermənistan liderinə gəlincə isə, hazırda məndə belə bir məlumat yoxdur”.

Firuzə Vahid WUF13 xarici işlər naziri Ceyhun Bayramov Ermənistan lideri

Xəbər Lenti