“Şamaxı”nın baş məşqçisi istefa verdi

“Şamaxı”nın baş məşqçisi istefa verdi

Tarix: 24 Nov 2023 20:33

Azərbaycan 1-ci liqası təmsilçisi “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli istefa verib.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu gün 9-cu turda “Karvan”a məğlubiyyətindən sonra klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib. Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.

Qeyd edək ki, V.Əsgərli ötən ilin iyulundan “Şamaxı”nı çalışdırırdı.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti