AL: “Fənərbaxça” mübarizəni dayandırıb

Tarix: 27 Feb 2026 04:18

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az xəbər verir ki, “Fənərbaxça” “Nottingem Forest”lə qarşılaşıb.

İlk oyunda məğlub olan İstanbullular revanş matçında üç top fərqini aradan qaldırmağa çalışsalar da, buna nail ola bilməyiblər. “Sarı-lacivərdlilər” 2:1 hesablı qələbə qazansalar da, İngiltərə təmsilçisi mərhələ adlayan tərəf olub.

“Bolonya” isə “Brann”ı minimalhesabla məğlub edib – 1:0.

UEFA Avropa Liqası Pley-off mərhələsi, cavab oyunları 26 fevral 21:45. “Ferentsvaroş” (Macarıstan) – “Ludoqorets” (Bolqarıstan) (İlk oyun 1:2) - 2:0

21:45. “Viktoriya” (Çexiya) – “Panatinaikos” (Yunanıstan) (İlk oyun 2:2) - 1:1, pen. 3:4

21:45. “Ştutqart” (Almaniya) – “Seltik” (Şotlandiya) (İlk oyun 4:1) 0:1

21:45. “Srvena Zvezda” (Serbiya) – “Lill” (Fransa) (İlk oyun 1:0) - 0:2

00:00. “Genk” (Belçika) – “Dinamo” (Xorvatiya) (İlk oyun 3:1) - 3:3

00:00. “Selta” (İspaniya) – PAOK (Yunanıstan) (İlk oyun 2:1) - 1:0

00:00. “Nottingem Forest” (İngiltərə) – “Fənərbaxça” (Türkiyə) (İlk oyun 3:0) - 1:2

00:00. “Bolonya” (İtaliya) – “Brann” (Norveç) (İlk oyun 1:0) - 1:0

ApaSport

Xəbər Lenti