Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Tarix: 27 Feb 2026 09:07

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Novruz bayramı münasibətilə Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, 21, 23, 25 və 28 mart tarixlərində bu marşrut üzrə hər iki istiqamətə səfər etmək mümkün olacaq.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Emil İsmayılov ADY dəmir yolları

Xəbər Lenti