WUF13.az saytı təqdim edilib

Tarix: 27 Feb 2026 10:43

WUF13.az saytı istifadəçilərə təqdim edilib.

APA xəbər verir ki, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Rəqəmsal marketinq şöbəsinin rəhbəri Elnur Mirzəzadə WUF13 tədbirinə hazırlıq işlərinə dair media brifinqində bildirib ki, saytın əsas məqsədi tədbirlə bağlı məlumatlara çıxışı daha əlçatan və operativ etməkdir:

“Platformanın vizual tərtibatında milli üslubla müasir dizayn elementlərinin sintezinə üstünlük verilib. Səhifədə tədbirin şüarı yerləşdirilib, həmçinin media nümayəndələrinin məlumat əldə etməsi üçün xəbərlər bölməsi təqdim olunur”, - o qeyd edib.

Xatırladaq ki, WUF13 bu il 17-22 may tarixlərində Bakıda keçiriləcək.

Gülcahan İmanqızı WUF13 sayt

Xəbər Lenti