Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 10:42
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə fərqli istiqamətli dəyişikliklər müşahidə olunub.
“APA-Economics”in CoinMarketCap-ə istinadən verdiyi məlumata görə, bazarın ümumi kapitallaşması 0,97% azalaraq 2,34 trilyon dollar təşkil edib.
Lider kriptovalyuta olan Bitcoin (BTC) 1,15% ucuzlaşaraq 67 597 dollar səviyyəsinə düşüb. Aktivin bazar kapitallaşması 1,35 trilyon dollar olub.
"Ethereum"un (ETH) qiyməti 1,77% azalaraq 2 033 dollara enib. BNB-nin qiyməti isə 0,21% artaraq 630 dollar səviyyəsində qərarlaşıb.
İlk onluqda ən çox azalma Bitcoin Cash (BCH) üzrə qeydə alınıb. Aktivin qiyməti 4,38% azalaraq 480 dollara düşüb.
Digər tərəfdən, Monero (XMR)-nin qiyməti 0,52%, Bittensor (TAO)-nun qiyməti isə 1,68% artıb.
Qızıl təminatlı tokenlərdə də artım müşahidə olunub. PAX Gold (PAXG)-un qiyməti 3,71%, Tether Gold (XAUt)-un qiyməti isə 3,65% artıb.
Qeyd edək ki, bazarda zəif dinamika "Bitcoin"in 68 min dollar səviyyəsində formalaşan müqavimət zonasını aşa bilməməsi və investorların ehtiyatlı mövqeyi ilə əlaqələndirilir.
Rahim Tarıverdiyev Kriptovalyuta bitkoin bitcoin birja