Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 11:11
WUF13 konfransında iştirak edəcək qonaqların otel rezervasiyalarını rahat şəkildə həyata keçirməsi üçün Mərkəzi Rezervasiya Platforması yaradılıb.
APA xəbər verir ki, bunu WUF13 Əməliyyat Şirkətinin Qonaqlama və Viza şöbəsinin rəhbəri Elçin Rufullayev WUF13-ə hazırlıq işlərinə dair media brifinqində deyib.
“Bu platformada bir sıra üstünlüklər var. İndiyə qədər 68 otel bu platformaya daxil edilib ki, bu da 4 000 otaq sayı deməkdir. Otellərin rəsmiləri ilə görüşlər olub və onlara tədbir barədə məlumat verilib. Platformada axtarış parametrləri çox zəngindir”, - Elçin Rufullayev bildirib.
Toğrul Quluzadə WUF13 Əməliyyat Şirkəti Elçin Rufullayev otel