Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 12:37
2026-cı ildə dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə diaqnostikanın aparılması planlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” mövzusunda keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, sözügedən diaqnostika meyarları hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir:
"Meyarlar Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra dövlət qurumlarının informasiya təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi həyata keçiriləcək. Təhdidlər və risk reyestrləri ilə bağlı qeyd etmək lazımdır ki, burada həm daxili, həm də xarici mənbəli təhdidlər nəzərə alınır. Təhdidlər dövlət qurumunun əməkdaşlarından, əməkdaşlıq etdiyi şirkətlərdən və ya xarici aktorlardan qaynaqlana bilər”.
Əşrəf Mehdiyev informasiya təhlükəsizliyi meyarlar