Çempionlar Liqası: “Qalatasaray” 1/8 finalda "Liverpul"la qarşılaşacaq - YENİLƏNİB

Tarix: 27 Feb 2026 15:18

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkatma nəticəsində 1/8 final mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib:

PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

"Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)

"Budyo Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya)

"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)

"Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya)

"Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə)

"Bayer 04" (Almaniya) - "Arsenal" (İngiltərə)

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək.

***

10:50

UEFA Çempionlar Liqasında bu gün 1/8 final mərhələsinin püşkü atılacaq.

Apasport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.

Türkiyənin “Qalatasaray” klubunun bu mərhələdəki rəqibi müəyyənləşəcək.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək.

Liqa mərhələsinin ilk "8-liy"i: "Arsenal" (İngiltərə), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə), "Sportinq" (Portuqaliya), "Mançester Siti" (İngiltərə).

Pley-off mərhələsinin qalibləri: "Real" (İspaniya), PSJ (Fransa), "Nyukasl" (İngiltərə), "Atletiko" (İspaniya), "Atalanta" (İtaliya), "Bayer 04" (Almaniya), "Qalatasaray" (Türkiyə), "Budyo Qlimt" (Norveç).

ÇL Qalatasaray Liqa

Xəbər Lenti