Rəqəmsallaşma, Sİ, innovasiya və kibertəhlükəsizlik üzrə yol xəritələri hazırlanacaq

Tarix: 27 Feb 2026 15:50

Azərbaycanda rəqəmsallaşma, Sİ, innovasiya və kibertəhlükəsizlik üzrə yol xəritələri (əsas fəaliyyət göstəriciləri qeyd edilməklə) hazırlanacaq.

"APA-Economics" xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı”nda əksini tapıb.

Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə sözügedən xəritələri hazırlamalı və onun icrasını təmin etməlidir.

Bu çərçivədə dövlət orqanları (qurumları) tərəfindən rəqəmsallaşma, Sİ, innovasiya və kibertəhlükəsizlik üzrə illik yol xəritələrinin hazırlanması (əsas fəaliyyət göstəriciləri qeyd edilməklə) və RİNN-lə razılaşdırılması, yol xəritələrinin koordinasiyalı icrası, nəticələrinin rüblük əsasda RİNN-lə paylaşılması, rəqəmsallaşma səviyyəsinin diaqnostikası qiymətinin azı 50 bala (müəyyən edilmiş) çatdırılması nəzərdə tutulub.

Əşrəf Mehdiyev rəqəmsallaşma süni intellekt yol xəritəsi

Xəbər Lenti