Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 14:29
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
ADY-dən "APA-Economics"ə verilən məlumata görə, 7 və 9 mart tarixlərində hər iki istiqamətə səfələr təşkil ediləcək.
"Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda qeyd olunur.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Emil İsmayılov ADY dəmir yolları