Azərbaycanda planşet bazarı üzrə göstəricilər açıqlanıb

Tarix: 02 Mar 2026 17:44

Ötən ay Azərbaycanın planşet bazarında ən böyük pay sahibi "Samsung" şirkəti olub.

"APA-Economics" bu barədə “StatCounter”a istinadən xəbər verir.

Şirkətin bazar payı vvəlki aya nisbətən 5,43 faiz bəndi, ötən ilin eyni dövrünün göstərici ilə müqayisədə 23,58 faiz bəndi azalaraq 50,21 % təşkil edib.

Bazar payına görə, ikinci pillədə "Apple" şirkəti gəlib. Şirkətin bazar payı aylıq 2,62 faiz bəndi az, illik isə 11,85 faiz bəndi çox olmaqla 23,27 % olub.

"Xiaomi" şirkəti 10,18 % bazar payı ilə üçüncü pillədə qərarlaşıb. "Xiaomi"nin bazar payı aylıq 3,07 faiz bəndi, illik isə 4,75 faiz bəndi artıb.

Digər pillədə qərarlaşan brendlərin bazar payı aylıq 0,61 faiz bəndi, illik isə 2,46 faiz bəndi artaraq 7,16 % olub.

Əşrəf Mehdiyev planşet

Xəbər Lenti