Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 10:05
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
ADY-dən "APA-Economics"ə verilən məlumata görə, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək.
"Biletləri dəmiryol kassalarından, saytımızdan və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda qeyd olunur.
Emil İsmayılov ADY dəmir yolları