Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 02:15
İngiltərə Premyer Liqasında XXIX tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
"Everton" öz meydanında "Börnli" ilə üz-üzə gəlib. Ev sahibləri rəqibini 2 cavabsız qolla məğlub edib - 2:0.
"Liverpul" isə səfərdə autsayder "Vulverhempton"la qarşılaşıb. Gərgin keçən oyunda Mersisayd təmsilçisi azarkeşlərini sevindirə bilməyib. Oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İngiltərə Premyer Liqası XXIX tur 23:30. "Lids" - "Sanderlend" - 0:1 23:30. "Bornmut" - "Brentford" - 0:0 23:30. "Everton" - "Börnli" - 2:0 00:15. "Vulverhempton" - "Liverpul" - 2:1