Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 09:26
Kriptovalyuta bazarında son sutkada qiymətlərdə qarışıq dinamika qeydə alınıb.
“APA-Economics” CoinMarketCap platformasına istinadən xəbər verir ki, bazarın ümumi kapitallaşması 0,73% azalaraq 2,32 trilyon dollara enib.
Ən böyük kriptovalyuta olan "Bitcoin"in qiyməti son 24 saatda 0,81% azalaraq 67 904 dollar olub.
Bazar kapitallaşmasına görə ikinci böyük kriptovalyuta olan "Ethereum" 2,49% ucuzlaşaraq 1 964 dollara düşüb.
Digər əsas kriptovalyutalarda da fərqli dinamika müşahidə olunub. BNB-nin qiyməti son sutkada 0,99% azalaraq 630,65 dollara, "Bitcoin Cash"in qiyməti isə 0,18% azalaraq 441,74 dollara düşüb.
Eyni zamanda bəzi aktivlərdə artım qeydə alınıb. "Monero"nun qiyməti 1,12% artaraq 342,04 dollara, Bittensor (TAO) tokeninin qiyməti isə 1,77% azalaraq 179,89 dollara geriləyib.
Kriptovalyuta bazarında investor əhvalını göstərən Fear & Greed Index isə 19 bənd səviyyəsində qalaraq bazarda hələ də “qorxu” əhvalının üstün olduğunu göstərir.
Analitiklərə görə, bazarda qeyri-müəyyən dinamika əsasən geosiyasi gərginlik, investorların riskdən qaçması və qlobal maliyyə bazarlarındakı volatillik ilə əlaqəlidir.
Rahim Tarıverdiyev Kriptovalyuta bitkoin bitcoin birja