MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı çağırış edib

Tarix: 04 Mar 2026 11:39

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunur. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib.

APA xəbər verir ki, bu, Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada əksini tapıb.

Bildirilib ki, media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır:

"Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq".

MEDİA düzinformasiya Yaxın Şərq sosial şəbəkə

Xəbər Lenti