Keçən il Azərbaycan idmançılarının qazandıqları medalların sayı açıqlanıb

Tarix: 04 Mar 2026 11:23

Keçən il idmançılarımız beynəlxalq yarışlarda 2113 medal qazanıb.

APA xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya komitəsi və idman federasiyaları ilə keçirilən görüşdə deyib.

O bildirib ki, bu medallardan 1443-ü olimpiya, 589-u qeyri-olimpiya oyunları üzrə olub: “Ötən il Azərbaycanda 71 beynəlxalq, 1776 yerli yarış keçirilib. İşğaldan azad olmuş ərazilərdə isə 36 yarış keçirilib. Digər uğurlarımızdan biri də keçən il Azərbaycanda keçirilən MDB oyunlarında Belarus və Özbəkistanı qabaqlamaqla idmançılarımızın 2-ci yeri tutmasıdır. Həmin idmançıların hamısı yerli idi. Bu da o deməkdir ki, federasiyalar bu istiqamətdə düzgün fəaliyyətdədirlər”.

Günay Elşən Azərbaycan idmançıları medallar

Xəbər Lenti