Türkiyə Kuboku: “Fənərbaxça” və “Beşiktaş” qələbə qazanıb

Tarix: 05 Mar 2026 02:15

Türkiyə Kubokunda IV tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün C qrupunun matçları keçirilib.

"Beşiktaş" "Rizespor"la qarşılaşıb. Görüş "qara qartal"ın qələbəsi ilə nəticələnib. Komanda 4:1 hesablı qalibiyyətə sevinib.

"Fənərbaxça" isə "Qaziantep" səfərində çətinlik çəkməyib. Komanda rəqibini 4 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, "Beşiktaş" 10 xalla tunir cədvəlinə liderlik edir. "Fənərbaxça" 9 xalla ikinci pillədədir.

ApaSport

Xəbər Lenti