ADY sərnişin qatarlarına qarşı daş atmaların sayını açıqlayıb

Tarix: 05 Mar 2026 11:59

Son 10 gündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.

Bu barədə "APA-Economics" "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.

"Nəticədə, qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib", - məlumatda qeyd olunur.

Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.

Emil İsmayılov ADY dəmir yolları

Xəbər Lenti