HHQ-də Bayraktar kursunun birinci buraxılış mərasimi keçirilib

Tarix: 06 Mar 2026 10:26

Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) nəzdində Bayraktar Teknoloji Azərbaycan Uçuş Hazırlığı Təlim Mərkəzində Bayraktar TB2 Sistemi üzrə mütəxəssislərin hazırlığı kursunun birinci buraxılış mərasimi keçirilib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. General-mayor Həsən Əlövsədov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Tədbirdə kursun əhəmiyyəti vurğulanaraq bildirilib ki, bu cür kurslar hərbi qulluqçuların ixtisaslara yiyələnməsinə, bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də peşəkarlığının artırılmasına müsbət təsir göstərir. Buraxılış mərasiminin sonunda kursu bitirənlərə sertifikatlar təqdim olunub.

HHQ Bayraktar kursu buraxılış mərasimi

Xəbər Lenti