Şənbə, 7 Mart, 2026
Tarix: 06 Mar 2026 15:36
Martın 7-si Azərbaycanın qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.
Gülcahan İmanqızı Milli Hidrometeorologiya Xidməti hava proqnoz xəbərdarlıq