Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 18 Feb 2024 09:07
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 20 m² olan məişət avadanlıqlarının təmiri sexi və bitişik ümumi sahəsi 20 m² olan ayaqqabı təmiri sexinin yanar konstruksiyaları yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: apa.az