Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 18 Feb 2024 18:54
Xəzər dənizində sutka ərzində üçüncü dəfə zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ olub.
***
saat 16.55
Xəzər dənizində növbəti zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ olub.
***
saat 13.03
Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, yerli vaxtla saat 12.30-da Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ olub.
Mənbə: apa.az